Şəxsiyyət vəsiqəsini dəyişdi - Yeni deyil, köhnə verdilər
    • 18-10-2018, 16:42
    • 1 468

Şəxsiyyət vəsiqəsini dəyişdi - Yeni deyil, köhnə verdilər

Daha bir vətəndaş yeni nəsil şəxsiyyət vəsiqələri ilə bağlı problemlə üzləşib. 
O,  bildirib ki, bir neçə gün əvvəl 25 yaşı tamam olduğu üçün Yasamal "ASAN xidmət" mərkəzinə müraciət edərək şəxsiyyət vəsiqəsini dəyişmək istəyib. Vətəndaş 3 gün sonra vəsiqəsini alan zaman ona yeni nəsil yox, ənənəvi şəxsiyyət vəsiqəsini təqdim ediblər və 3 günə yeni nəsil vəsiqələrin hazır olmadığı qeyd edilib.
ASAN xidmətdən məsələylə bağlı “Qafqazinfo”ya bildirilib ki, hazırda yeni nəsil şəxsiyyət vəsiqələri test rejimində verildiyi üçün 1 və ya 3 gün müddətində almaq mümkün deyil. Bu səbəbdən həmin şəxslərə köhnə vəsiqələr verilir. 
Qeyd edək ki, 15 yaşı tamam olmuş vətəndaşlar 10 gün müddətində 5 AZN, 3 gün müddətində 25, 1 gün müddətində isə 35 AZN ödəyərək şəxsiyyət vəsiqələrinə sahib ola bilər.
15 yaşı tamam olmayanlar isə 10 gün müddətində 4 manat, 3 gün müddətində 20, bir gün müddətində isə 25 manat odəməlidir".
//qafqazinfo