Təhsil nazirindən yeni təyinat - Foto
    • 7-01-2021, 12:15
    • 569

Təhsil nazirindən yeni təyinat - Foto

Təhsil İnstitutuna yeni direktor təyin edilib. 

News24.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Təhsil naziri Emin Əmrullayevin əmri ilə bu vəzifə Rüfət Əzizova həvalə olunub. 

Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib ki, Rüfət Əzizov 2003-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində kimya ixtisası üzrə bakalavr, 2017-ci ildə isə ADA Universitetində Biznesin təşkili və idarə edilməsi ixtisası üzrə magistr təhsili alıb. R.Əzizov 2007-ci ildə kimya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.

Yaxın saatlarda Təhsil naziri yeni direktoru Təhsil İnstitutunun kollektivinə təqdim edəcək.