-
- 8-01-2021, 14:39
- 422
Koronavirusa yoluxan Ermənistan prezidentinin VƏZİYYƏTİ AĞIRDIR
“Ermənistan prezidenti Armen Sarkisyan COVID-19-u ağır keçirir".
News24.az xəbər verir ki, bunu dövlət başçısının Mətbuat Xidməti açıqlayıb.
Qeyd olunub ki, A.Sarkisyan vəziyyəti stabilləşəndən sonra həkimlərin icazəsi ilə öz vəzifəsini icra etmək üçün Yerevana qayıdacaq.
Xatırladaq ki, yanvarın 5-də Ermənistan prezidenti Armen Sarkisyana COVID-19 diaqnozu qoyulub. Bundan başqa, onun həyat yoldaşı Nune Sarkisyanda da koronavirus aşkarlanıb. Cütlük hazırda Böyük Britaniyanın paytaxtı Londonda xəstəxanadadırlar. A.Sarkisyan Londona ayağından əməliyyat olunmaq üçün getmişdi.