Sarkisyandan Ərdoğana ŞOK MÜRACİƏT: "Mənim əcdadlarım..."
    • 24-10-2018, 17:00
    • 1 140

Sarkisyandan Ərdoğana ŞOK MÜRACİƏT: "Mənim əcdadlarım..."

Ermənistanın prezidenti Armen Sarkisyan İsveçrənin İctimai teleradiosuna (RTS) müsahibəsində Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğana müraciət edib.

Sarkisyan noyabrın 11-də I Dünya müharibəsinin başa çatmasının 100 illiyinin qeyd ediləcəyini deyib və bildirib ki, bunun qondarma “erməni soyqırımı”nın “tanınması”na səbəb olacağına ümid edir.

Ermənistan prezidenti Ərdoğanla dialoqa hazır olduğunu bildirib.

“Mən Ərdoğana deyərdim: salam, cənab prezident. Düşünürəm, biz müzakirə etməliyik. Siz Türkiyənin, mən Ermənistanın prezidentiyəm. Mənim əcdadlarım Ərzurum, Van və Bitlisdəndir. Niyə Türkiyə və Ermənistan münasibətləri, bizim ortaq tariximiz haqqında danışmamalıyıq? Biz təkcə tarix yox, həm də gələcək haqqında, sizin və bizim övladlarımız, nəvələrimiz barədə danışmalıyıq. Mən xaçpərəstəm, xristianlıq bağışlamağı öyrədir, lakin bağışlama yalnız günahın etiraf edildiyi halda mümkündür”, - deyə Sarkisyan iddialı çıxış edib.

//Publika.az