"Natavanın ən böyük pərəstişkarıyam..." - DADO KEÇMİŞ HƏYAT YOLDAŞINDAN DANIŞDI - VİDEO
    • 8-01-2021, 18:15
    • 645

"Natavanın ən böyük pərəstişkarıyam..." - DADO KEÇMİŞ HƏYAT YOLDAŞINDAN DANIŞDI - VİDEO

"Biz evlənəndən sonra hər kəs nikahımızı saxta adlandırdı. Nə baş verdiyini anlamırdıq. Tamaşaçılar bizə inanmırdı. Üç il keçib, nə Natavan, nə də mən münasibətimizdən pul qazanmadıq. Bir neçə hazır mahnılarımız var idi, amma oxumadıq. Dedik, fikirləşəcəklər ki, duetlərə görə birlikdədirlər".

News24.az
xəbər verir ki, bu sözləri reper Dado deyib. Sənətçi müğənni Natavan Həbibi ilə evliliyindən söhbət açıb: "Evliliyimizi saxta bilənlərə sual verirəm ki, bu necə ola bilər? Heç bilmirəm ki, bu fikirlər kim tərəfindən qaynaqlanır. Boşanma xəbəri çıxanda tamaşaçılar etiraz edir, ayrılmağımızı istəmirlər. Ailə böyük şeydir, onu saxlamaq çox çətindir. Bir-birimizə güzəştə getmirik. Edə bilsəydik hər şey öz qaydasında olardı. O  liderlik etməyi sevən xanımdır, onun böyük pərəstişkarıyam. Ömrüm boyu onu dinləmişəm. Natavanı sevib evlənmişəm. O da məni sevib. Biz tədbirə gedəndə təsəvvür edə bilməzsiniz maşında nə qədər dava gedir. Övladımıza görə bu gün bir yerdəyik. İstəmirəm ki, oğlum valideynlərsiz böyüsün. Nə olur olsun yenidən evə, uşağımızın yanına qayıdırıq".

Sevda Bayramova