-
- 11-01-2021, 12:02
- 799
Evdə qumar oynayanlar cərimələndi
Astara sakininin evində qumar oyunu təşkil etdiyi aşkarlanıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan News24.az-a verilən məlumata görə, Astara RPŞ əməkdaşları tərəfindən bir neçə rayon sakininin karantin rejimi qaydalarını pozduğu və Ojakəran kənd sakini R.Əliyevə məxsus evdə toplaşaraq qumar oyunu oynadıqları müəyyən edilib.
Həmin vaxt orada olan şəxslər polis şöbəsinə dəvət edilərək onlarla profilaktik söhbətlər aparılıb və karantin rejiminin qaydaları bir daha izah edilib. 4 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək cərimə olunublar.