-
- 11-01-2021, 12:35
- 1 547
Təhsil nazirindən YENİ ƏMR
Bu gündən başlayaraq ali və orta ixtisas təhsil müəssisələrində 2020-2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına başlanılır.
News24.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov paylaşım edib.
O bildirib ki, bununla bağlı Təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb. Bu əmrə əsasən ali və orta ixtisas təhsil müəssisələrində imtahan qərargahları yaradılıb: “Belə ki, imtahan sessiyası distant formada olmaqla 4 həftə müddətində keçiriləcək.
Müəyyən fənlər üzrə imtahanlar əyani formada keçirildiyi təqdirdə koronavirus infeksiyasının profilaktikasına dair metodik göstərişlərə riayət olunacaq. İmtahanın təşkilində nöqsanlara yol verən şəxslər barədə müvafiq qaydada tədbirlər görüləcək. Sessiya bitdikdən sonra nəticələr barədə 10 gün müddətində Təhsil Nazirliyinə yekun hesabat təqdim ediləcək”.