Türkiyədə ZƏLZƏLƏ OLUB
    • 12-01-2021, 11:05
    • 367

Türkiyədə ZƏLZƏLƏ OLUB

Türkiyənin Dənizli əyalətinin Pamukkale rayonunda 4 bal gücündə zəlzələ olub.

 News24.az NTV-yə istinadən xəbər verir ki, məlumatı ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.

Zəlzələ yanvarın 12-i yerli vaxtla səhər 09.30-da baş verib.

Qonşu rayonlarda aşağı bal gücündə yeraltı təkanlar qeydə alınıb.