Türkiyədə zəlzələ oldu
    • 5-12-2020, 18:38
    • 692

Türkiyədə zəlzələ oldu

Türkiyənin Antalya vilayətinin Qazipaşa rayonunda Rixter cədvəli üzrə 5,2 bal gücündə zəlzələ olub.

News24.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Yeraltı təkan Türkiyə vaxtı ilə saat 15:44-də qeydə alınıb.

Xəsarət alanlar və dağıntı barədə məlumat yoxdur.