Çayxanaya gedən müştərilər cərimələndi
    • 12-01-2021, 16:18
    • 425

Çayxanaya gedən müştərilər cərimələndi

Samuxda karantin rejimini pozan çayxana aşkarlanıb.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan News24.az-a verilən məlumata görə, Samux RPŞ əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayonun Qarayeri qəsəbəsində gizli şəkildə fəaliyyət göstərən çayxana aşkarlayıb.

Obyekt sahibi - Bəhruz Həsənov və müştərilər - Səbuhi Musayev, Orxan Quliyev və Orxan Rzayev saxlanılaraq RPŞ-yə  gətirilib və barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.