Tarixə iz salmış ölümsüz və  böyük sevgi hekayələri
    • 19-10-2018, 11:30
    • 2 453

Tarixə iz salmış ölümsüz və böyük sevgi hekayələri

1. Frida Kahlo & Dieqo Rivera
Bütün xalq tərəfindən tanınan məhşur rəssam Dieqo Rivera ilə uşaq yaşlarından problemlər içində böyüyən və 18 yaşında keçirtdiyi maşın qəzasından sonra bütün diqqətini rəsmə yönəldən  Frida Kahlo bir- birilərinin sənətinə olan sevgiləri böyüyərək eşq hekayəsinə çevrilib. 1929-cu ildə evlənən Diego 42, Frida isə 22 yaşında olub. Meksika xalqı onların sevgisini Fil və göyərçin sevgisinə bənzədirmiş.  Bu hekayə böyük bir eşq ilə başlasa da Diegonun başqa qadınlara olan diqqəti heç vaxt bitməyib. Hətta  Fridaya bacısı ilə xəyanət edib. Səhhəti ilə bağlı problemləri heç vaxt bitməyən Frida 30-dan çox əməliyyat keçirib və  uşaq sahibi ola bilməyib. 1934-cü ildə boşanıb, bir il sonra təkrar evlənən cütlük arasında böyük sevgi olsa da, bu hekayə 1954- cü ildə Fridanın həyata gözlərini yumması ilə sona çatıb. Sevgiləri sədaqətsiz olsa da ölümsüz olub.
2.Sultan Süleyman & Hürrəm
17 yaşında Osmanlı Sarayına daxil olan Hürrəm ilə  Qanuni Sultan Süleyman arasındaki eşq, Türk tarixində dillərə dastan olub. Qaliçya bölgəsindən əsir alınan və keşiş qızı olan Roksalana ağlı, gülər üzü ilə sarayda tez bir zamanda diqqət çəkməyə başlamışdır. Daha sonra ona Hürrəm adı verilmişdi. Sultan Süleymanı özünə aşiq etməyi bacaran Hürrəm sonradan Sultanın nigahlı həyat yoldaşı olur. Əsir gəlib sonradan hökmdara aşiq olmaq, hökmdarı da özünə aşiq edə bilmək hər qadının bacara biləcəyi asan iş deyil.Tarixdə ilk sultanın ilk nigahlı xanımı olan Hürrəm, rəhbrəlik hüququ olan tək qadın olub.
3. Helen & Manelaus
Uğruna Troya müharibəsi çıxarılan  gözəllər gözəli, Zevsin qızı olduğu iddia edilən  Helenin adını eşitməyən az adam var. Onun adı tarixdə “Troyalı Helen” olaraq bilinir. Helen evlənəcək yaşa çatdıqda varlı, yaraşıqlı, zadəgan nəslindən olan yunan gəncləri Heleni istəməyə gələrlər. Amma Helenin atası yox cavabı verdiyi gənclərin daha sonra hər hansı problem çıxaracağından qorxduğu üçün, Helen kiminlə evlənsə də onun hüzurunu, rahacılığını pozmayacaığna and içdirir. Helen kral Manelausu  seçir. İspartanın kraliçası olan Helen,  özündən 9 yaş balaca İsparta şahzadəsi Paris tərəfindən qaçırılır. Manelaus baş verən bu hadisədən sonra yunan gənclərinə andlarını xatırladaraq tarixin ən böyük döyüşlərindən biri olan “Troya” döyüşünü başladır. Parış döyüşdə öldükdən sonra Maneulaus Heleni təkrar özünə kraliça edir.
4. Napoleon & Jozefina
Napoleon və Jozefina sevgisi qarşılıqlı olub olmaması müəmmalıdır. Napoleon Jozefinaya böyük bir sevgi ilə bağlıykən, Jozefina onun gücünə aşiq idi. Kənd qızı olub daha sonra ölkənin  kraliçası mövqeyinə yüksələn Jozefina Napoleon ilə ailə qurduqda ilk evliliyindən iki uşağı var idi. Özündən beş yaş böyük Jozefinaya Napaleon ilk görüşdə aşiq olur. Napoleonun  uzun müddət davam edən müharibələrə başı qarışsa da, Jozefina sarayda şənliklər  keçirdirdi. Napoleonun yazdığı məktublara cavab belə vermədikcə sanki onu özünə daha da bağlayırdı. Nə olsa da Napoleonun ondan ayrılacağını düşünməyən Jozefina,  bu fikrində yanılıb. Napoleona vəliəhd olacaq uşaq dünyaya gətirə bilməyən Jozefinadan bir müddət sonra ayrılır. İmperator başqa qadın ilə ailə qurub evlənsə də ölərkən son sözü “Jozefina” olur. 
5. Kleopatra & Mark Antoni
Mark Antoni və Kleopatranın sevgi hekayəsi də ağla gələn ilk eşq hekayələrindəndir. Yuli Sezarın ölümündən sonra Romanın qərb bölgəsinin hakimiyyəti, Mark Antoninin əlinə keçib. Mark Antoni tez bir zamanda Misirin Kraliçası Kleopatranın gözəlliyinə vurulub. Hər zaman taxtda oturma istəyi olan Kleopatra, siyasi idarəçilik üçün gözəlliyindən istifadə edirdi. Mark Antoni və Kleopatra arasında  30 il davam edən eşq hekayəsi yaşanb. Bu sevgidən 3 uşaqları dünyaya gəlir. Birlikdə böyük siyası uğurlar əldə edən Kleopatra və Mark, sonralar baş verən müharibələrin birində məğlub olurlar. Bunda Kleopatranı günahkar görən Mark, Kleopatranın ölməyini istəyir. Özünü saraya məhkum edən Kleopatranın öldüyünü düşünən Mark, bu ayrılığa dayana bilməyib intihar etsə də, ağır yaralarla xilas  olur. Kleopatranın ölmədiyini öyrəndikdən sonra yanına gedərək onun qollarında həyata gözlərini yumub.Şəlalə Ağayeva