İCESCO-nun Baş direktorundan Azərbaycan Prezidentinə maraqlı hədiyyə - YENİLƏNDİ
    • 13-01-2021, 14:29
    • 459

İCESCO-nun Baş direktorundan Azərbaycan Prezidentinə maraqlı hədiyyə - YENİLƏNDİ

Yanvarın 13-də ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Qələbə münasibətilə xatirə hədiyyəsini təqdim edib.

News24.az xəbər verir ki, görüş çərçivəsində dövlət başçısı Salim bin Məhəmməd əl-Malikin rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri ilə xatirə şəkili çəkdirib.

Salim bin Məhəmməd əl-Malik: Bu, Qələbəni əks etdirir. Burada Bismillahir Rəhmanir Rəhim deyilir. Burada deyilir ki, biz Qələbəni qeyd edirik və burada Allahın Məhəmməd peyğəmbərə kəlamları var.

Prezident İlham Əliyev: Çox sağ olun.

Salim bin Məhəmməd əl-Malik: Burada Zati-aliləri Prezident İlham Əliyev üçün yazılıb, Dağlıq Qarabağda Qələbəni qeyd edirik, bu, bizim loqodur. Zati-aliləri, bu qılıncın 100-dən çox yaşı var.

Prezident İlham Əliyev: Çox sağ olun. Bizim Qələbənin rəmzi dəmir yumruq idi, artıq bizdə qılınc var. Təşəkkür edirəm.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

*** 13:15
ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Azərbaycan Prezidenti İlham Əliyevə Qələbə münasibətilə xatirə hədiyyəsi təqdim edib.

News24.az xəbər verir ki, Prezident İlham Əliyev yanvarın 13-də ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.