-
- 19-10-2018, 12:24
- 932
“Qarabağ”ın qapıçısı Bakıda adam vurdu
“Qarabağ”ın futbolçusu Hanes Haldourson Bakıda qəza törədib.
İslandiya millisinin qapıçısı Suraxanı rayonunun Bülbülə qəsəbəsi ərazisində 1955-ci il təvəllüdlü Eyvazov Namiq Əbdüləzim oğlunu vurub.
Yaralanan şəxs hər iki ayağının sınığı diaqnozu ilə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. İlkin araşdırmalar zamanı məlum olub ki, piyadanı “Qarabağ”ın qapıçısı idarə etdiyi, 10 UC 909 nömrə nişanlı “Volkswagen Tuareg” markalı avtomobillə vurub.
Belə ki, gecə saatlarında klubun bazasından ayrılan və “Port Baku” kompleksində yaşadığı mənzilə gedən futbolçu maşının qarşısına çıxan piyadanı vurub. O, hadisə zamanı maşından düşərək yaralıya kömək edib və onu xəstəxanaya çatdırıb. Həkimlər yaralının həyatına təhlükənin olmadığını, lakin N.Eyvazovun uzun müddət yeriyə bilməyəcəyini deyiblər.
Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları əraziyə baxış keçirib və izahatlar alıblar. Faktla bağlı zəruri ekspertizalar təyin edilib.
“Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov qapıçıları Hanes Haldoursonun piyadanı vurmasına münasibət bildirib.
O, açıqlamasında qəzanın piyadalar üçün nəzərdə tutulmayan yolda baş verdiyini söyləyib:
“Bəli, belə bir qəza baş verib. Qəza piyadalar üçün nəzərdə tutulmayan yolda olub. Haldourson özü yaralıya ilkin tibbi yardım edib və onu xəstəxanaya çatdırıb. Gecəni orada keçirərək, insani borcunu yerinə yetirib. Özü də polisə izahat verib. Xəstəyə yardım etdiyi və hadisə yerindən qaçmadığı üçün həbs olunmayıb.
Yaralıya gəlincə, onun həyati təhlükəsi yoxdur. Əməliyyat olunacaq”.
//oxu.az