-
- 15-01-2021, 13:46
- 3 599
Əhməd İsmayılov MEDİA Agentliyinin əsas prioritetlərini AÇIQLADI - MÜSAHİBƏ
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov AZƏRTAC-a müsahibə verib. News24.az həmin müsahibəni təqdim edir.
– Əhməd müəllim, Azərbaycan Prezidentinin müvafiq Fərmanı ilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi – MEDİA yaradıldı. Media sahəsində müşahidə edilən yeniliklər nədən irəli gəlir?
– İlk növbədə, fürsətdən istifadə edərək Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış tarixi Qələbə münasibətilə hər kəsi, o cümlədən bu müharibənin informasiya cəbhəsində uğurla mübarizə aparan media nümayəndələrini təbrik edirəm. Azərbaycanın qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsi informasiya məkanında aparılan mübarizənin əhəmiyyətini bir daha sübut etdi. Cənab Prezidentin dəfələrlə qeyd etdiyi kimi, biz təkcə döyüş meydanında və siyasi müstəvidə deyil, həm də informasiya məkanında qələbə qazandıq. Məhz belə bir tarixi zamanda bu yüksək etimadın göstərilməsi böyük şərəf və eyni zamanda, böyük məsuliyyətdir. Bu inamı doğrultmaq üçün var gücümüzlə çalışacağıq.
Ötən müddət ərzində dövrün tələbləri dəyişmiş, informasiya məkanında yeni reallıqlar meydana gəlmiş, həm media subyektlərinin, həm də jurnalistlərin fəaliyyəti tamamilə yeni məzmun qazanmışdır. Elektron informasiya cəmiyyətinə sürətli keçid, qlobal informasiya məkanında tamamilə fərqli məzmunlu rəqabət mühitinin və fəaliyyət prinsiplərinin formalaşması, o cümlədən müasir dövrün çağırışları media subyektlərinin fəaliyyətində köklü dəyişikliklərə əsas yaratmışdır. Bununla əlaqədar yerli media subyektlərinin rəqabət qabiliyyətinin və keyfiyyət səviyyəsinin artırılması, bu sahədə peşəkar mütəxəssislərin hazırlanması, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması, xüsusilə informasiya məkanının təhlükəsizliyinin təmin edilməsi zərurəti meydana gəlmişdir. Məhz bu səbəbdən cənab Prezident tərəfindən “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərman imzalandı.
– “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanda nəzərdə tutulan məsələlərin yerinə yetirilməsi medianın inkişafına necə təsir göstərəcək?
– Qeyd edilən Fərmanın Azərbaycanda cəmiyyətin hər bir sahəsini əhatə edən köklü islahatların həyata keçirildiyi, habelə bütün dünyanı əhatə edən vahid informasiya məkanında yeniliklərin intensiv xarakter aldığı, kommunikasiya vasitələrinin sürətlə inkişaf etdiyi, mütərəqqi texnologiyaların, iş metodlarının tətbiq olunduğu müasir dövrdə media sahəsində keyfiyyət dəyişikliklərinə duyulan ehtiyacla əlaqədar olduğu şübhəsizdir. Tətbiq olunacaq yeniliklər Azərbaycan mediasının şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan, cəmiyyətin obyektiv və peşəkar şəkildə məlumatlandırılmasına xidmət edən fəaliyyətinin stimullaşdırılmasına şərait yaradacaq, modernləşmə, rasionallıq, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi kimi qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinin, innovativ yanaşmaların tətbiqinə təkan verəcəkdir.
– Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi öz fəaliyyətini hansı istiqamətlərdə həyata keçirəcək?
– Medianın İnkişafı Agentliyinin yaradılması ölkədə medianın inkişafının dəstəklənməsi və bu sahədə həyata keçirilən institusional quruculuq prosesinin davam etdirilməsi siyasətinin tərkib hissəsidir.
Nizamnaməyə əsasən Agentlik media subyektlərinin fəaliyyətinin təkmilləşdirilməsi, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılması, onların sosial müdafiəsinin gücləndirilməsi, media sahəsində mütəxəssislər hazırlanması və onların əlavə təhsilinin təşkili, habelə kütləvi informasiya istifadəçilərinin media savadlılığının yüksəldilməsi və digər istiqamətlərdə tədbirlər həyata keçirəcəkdir.
Bununla yanaşı, media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması, vətəndaş və cəmiyyət üçün ictimai maraq doğuran layihələrin həyata keçirilməsinin təşkili, həmçinin dövlət orqanları və qurumlarının, yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin müvafiq sahə üzrə fəaliyyətinin əlaqələndirilməsinin həyata keçirilməsi MEDİA Agentliyinin əsas prioritetlərindəndir.
Eyni zamanda, media subyektlərinə müvafiq sahədə normativ hüquqi aktların şərhi və izahı ilə bağlı köməklik göstərmək, bu sahədə dövlət dəstəyinin imkan və mexanizmləri barədə məlumat vermək, inkişaf strategiyalarının və məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak etmək, media subyektləri ilə cəmiyyət və dövlət arasında münasibətlərin tənzimlənməsi məqsədilə normativ hüquqi bazanın təkmilləşdirilməsinə dair təkliflər hazırlamaq, medianın fəaliyyətinə mane olan problemlərin həllinə dair təkliflərini dövlət və yerli özünüidarəetmə orqanlarına təqdim etmək də Agentliyin daim diqqətində saxlayacağı məsələlərdəndir.
MEDİA Agentliyi sadalanan çoxşaxəli fəaliyyət istiqamətləri ilə yanaşı, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, maddi-texniki bazalarının möhkəmləndirilməsi, infrastrukturun modernləşdirilməsi, müvafiq sahədə yeni iqtisadi modelin yaradılmasına dəstək göstərilməsi istiqamətində tədbirlərin görülməsini də nəzərdə tutur.
– Media subyektlərinin rəqabət qabiliyyətinin artırılması məqsədilə daha hansı tədbirlərin görülməsi nəzərdə tutulur?
– Bu gün dünyada media sərhədlərinin silinməsi, elektron informasiya cəmiyyətinə keçid nəticəsində kütləvi informasiyanın yayılma sürətinin kəskin artması, media məkanın dünyaya açılması yerli media subyektlərini aparıcı xarici media subyektləri ilə vahid informasiya mühitində rəqabət aparmaq reallığı ilə qarşı-qarşıya qoymuşdur. Bu vəziyyət beynəlxalq praktikanın dərindən öyrənilməsini, dünyanın qabaqcıl media subyektlərinin fəaliyyət prinsiplərinin araşdırılmasını, bu sahədə təcrübə mübadiləsinin aparılmasını tələb edir. Buna görə də xarici media subyektləri, habelə beynəlxalq təşkilatlarla əməkdaşlığın möhkəmləndirilməsi, qarşılıqlı əlaqələrin genişləndirilməsi istiqamətində zəruri addımların atılması planlaşdırılır.
Bundan sonrakı dövrdə Agentliyin səlahiyyət dairəsinə müvafiq olaraq istər çap mediası, istər onlayn, istərsə də audiovizual media sahəsində daha əhatəli, müasir dövrün çağırışlarına cavab verən, məzmun və forma baxımından yenilənmiş, daha uzunmüddətli hədəflərin əldə olunmasına yönələn layihələrin işlənib hazırlanması və həyata keçirilməsi nəzərdə tutulur. Bu məqsədlə zəruri məlumatlar toplanacaq, ictimai rəyin öyrənilməsi üçün tədbirlər görüləcək və müvafiq təhlillər aparılacaqdır.
Bununla yanaşı, bir məsələyə diqqət çəkmək istərdik ki, onlayn media subyektlərinin fəaliyyətinə dair məsələlər də Agentliyin səlahiyyət dairəsinə daxil edilmiş, onların informasiya məkanındakı rolu nəzərə alınmaqla fəaliyyətlərinin stimullaşdırılması və rəqabət qabiliyyətlərinin artırılması istiqamətində tədbirlərin görülməsi nəzərdə tutulmuşdur.
Media sahəsində fəaliyyət göstərən subyektlərə, onların redaksiyalarına və jurnalistlərə dair məlumatların sistemləşdirilməsinə, nəticədə yerli media məkanının ümumi xəritəsinin və mənzərəsinin formalaşdırılmasına şərait yaradılması məqsədilə müvafiq informasiya bazasının yaradılması qarşıda duran vəzifələr sırasındadır. Bu yolla keyfiyyətli xəbər istehsalının təmin edilməsinə, bu sahədə stimullaşdırıcı tədbirlərin həyata keçirilməsinə, həmçinin kütləvi informasiyanın əldə olunması, ötürülməsi, istehsalı və yayımı fəaliyyətində inkişafa nail olunacaq.