İlham Rəhimov bunları İLK DƏFƏ DANIŞDI - VİDEO
    • 15-01-2021, 16:08
    • 946

İlham Rəhimov bunları İLK DƏFƏ DANIŞDI - VİDEO

Ötən gün 70 illik yubileyini qeyd edən Azərbaycanın Əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor, "Şöhrət" ordenli İlham Rəhimov haqqında sənədli film çəkilib.

News24.az xəbər verir ki, 19 dəqiqəlik ekran işində İ. Rəhimovun həyatı və yaradıcılığı haqqında ətraflı məlumat verilir, heç yerdə görünməyən kadrlar nümayış olunur.

"Professorla söhbət" adlanan filmdə İlham Rəhimov bir çox sualları cavablandırır: "Əgər, seçim qarşısında qalsanız və Bakıdan köçməli olsanız hansı şəhərdə yaşaya bilərdiniz?" sualına o, "Leninqradda, ya da ki, İstanbulda. Bir seçim etməli olsam Leninqradı seçərdim", deyə cavab verib.

Professor həmçinin hüquq fakultəsinə qəbul olunmasından da söz açıb: "Analığım Leninqrad qızı olub. Hüquq sahəsi ilə bağlı seçimi özüm etmişəm, amma ali təhsilimi məhz Leninqradda almaq analığımın israrı ilə olub". 

Film boyunca professorun günə idmanla başladığı da məlum olur. 

Filmin üzərində Darya Petrova, Mixayıl Timofeyev, Vadim Prudnikov və Vyaçeslav Qusev çalışıb. 

Maraqlı məqamlarla zəngin olan ekran işini təqdim edirik: