-
- 19-10-2018, 16:10
- 1 025
Bazara kredit kartı boyda telefon gəlir: Üstünlükləri nədir?
Yaponiyanın ən böyük telekommunikasiya firmalarından olan NTT Docomo 5.3 mm qalınlığında telefonu gələn ay bazara çıxaracağını bildirib.
4G funksiyasını dəstəkləyən telefon kredit kartı böyüklüyündədir və beləliklə də pulqabının kredit kartı üçün ayrılan ciblərinə rahatlıqla yerləşir.
Telefon böyük "ağıllı telefon" sahibi olan və ikinci kiçik telefon daşıyan adamların sayının artması ilə bazara çıxarılır.Telefonun çəkisi 47 qramdır və ekranında elektron kitab planşetlərində olduğu kimi e-kağız texnologiyası var.
Cihazın zəng etmək, mesaj göndərmək və internet funksiyaları var, lakin ona əlavə tətbiqetmələr yükləmək mümkün deyil.
Telefonun kamerası da yoxdur.
Kyocera şirkətinin istehsal edəcəyi Card Ketai KY-01L adlı telefonun qiyməti 280 dollar (475 azn) olacaq.