-
- 19-01-2021, 16:21
- 434
İstedadlı şagirdlər eksternat qaydasında imtahan verdi
Ümumi təhsilin ibtidai, ümumi orta və tam orta səviyyələrindən birini vaxtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat qaydasında imtahan keçirilib.
News24.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) əmrinə əsasən, eksternat imtahanı yanvarın 19-da təşkil olunub.
Qeydiyyatdan keçmiş şagirdlər hər fəndən 10 sual olmaqla, 3 saat ərzində biliklərini sınayıblar.
Nəticələr BŞTİ-nin təşkil etdiyi komissiya tərəfindən 100 ballıq şkala üzrə qiymətləndiriləcək. Test imtahanından uğurla keçən istedadlı şagirdlər müsahibəyə cəlb olunacaqlar.
Ümumi təhsil üzrə təhsil səviyyələrini vaxtından əvvəl bitirmə ibtidai təhsildə III, ümumi orta təhsildə VIII, tam orta təhsildə X sinif şagirdlərinə şamil olunur. Hər hansı bir şagird ümumi təhsil pilləsində oxuduğu müddətdə təhsil səviyyələrindən yalnız birini vaxtından əvvəl bitirə bilər.
Şagirdin müvafiq təhsil səviyyəsini vaxtından əvvəl bitirməsi barədə valideynin məktəbə müraiətinə ibtidai təhsil səviyyəsi üzrə sinif müəllimi və məktəb psixoloqu, yuxarı təhsil səviyyələri üzrə isə müvafiq fənn müəllimlərinin (dil-ədəbiyyat, xarici dil, riyaziyyat, fizika, kimya, biologiya, tarix, coğrafiya, informatika) məktəbin direktoruna əsaslandırılmış birgə təqdimatı əsasında keçirilən Pedaqoji şurada baxılaraq qərar verilir. Pedaqoji şurada müsbət qərar qəbul edildiyi halda, müvafiq sənədlərlə yerli təhsili idarəetmə orqanına müraciət olunur. Bütün bunlardan sonra şagird eksternat imtahanında iştirak üçün qeydiyyata alınır.
Qeyd edək ki, istedadlı şagirdlər üçün təşkil olunan eksternat imtahanı Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrinin vaxtından əvvəl bitirilməsi Qaydaları” əsasında keçirilir.