İnstagramın rəhbəri etiraf etdi:
    • 21-01-2021, 10:55
    • 442

İnstagramın rəhbəri etiraf etdi: "TikTok" bizdən İRƏLİDƏDİR

"İnstagram"ın rəhbəri Adam Mosseri ötən günlərdə müsahibə verib. O deyib ki, avqust ayından etibarən “İnstagram” tətbiqində istifadəyə verilən “Reels” formatı yetəri qədər uğurlu olmayıb. Mosseri “Tiktok”un “İnstagram”dan daha irəlidə olduğunu və tətbiqlərini təkminləşdirmələrinin vacibliyini vurğulayıb.

News24.az
xarici KİV-ə istinadən bildirir ki, dünyanın ən çox istifadə edilən sosial media platforması olan “İnstagram”a ötən aylarda “Reels” adlı format gətirildi.

İstifadəçilər “TikTok” formatına bənzəyən yeni funksiya vasitəsilə fərqli tərzdə videolar çəkməyə başlayıb. Yeni format uğurlu olsa da, “TikTok” tətbiqinin qarşısında məğlub olub. 

Qeyd edək ki, “TikTok” 2019-cu ildə 738 milyon yüklənmə sayına çatıb.