Azərbaycanda “Aİ-92” markalı benzinlə bağlı mühüm qərar
    • 20-10-2018, 10:00
    • 1 041

Azərbaycanda “Aİ-92” markalı benzinlə bağlı mühüm qərar

Azərbaycanda 92 (Aİ-92) oktanlı benzin idxalı müvəqqəti olaraq gömrük rüsumlarından azad edilir.

Müvafiq qərar Nazirlər Kabineti tərəfindən qəbul edilib.
Əvvəllər bu növ benzin üçün gömrük rüsumu 15 faiz idi.
Nazirlər Kabinetinin başqa bir qərarı ilə Aİ-92 markalı benzinin idxalına görə aksiz dərəcəsi bir ton üçün 200 manatdan bir manatadək azalıb. Nazirlər Kabinetinin hər iki qərarı aviasiya benzininə tətbiq edilməyəcək.
Bu qərar 2018-ci ilin 1 oktyabr tarixindən tətbiq olunur və 90 gün müddətində qüvvədədir.
Qeyd edək ki, Nazirlər Kabinetinin belə qərarı Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (NEZ) işlərin planlaşdırılmış profilaktika işlərinə görə müvəqqəti dayandırılması ilə bağlıdır. Buna görə də benzin müəyyən həcmdə xaricdən idxal olunacaq.