Mikroavtobus aşdı, 10 nəfər yaralandı
Kriminal
Salyanda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza rayonun Sarvan kəndi ərazisində qeydə alınıb. “Mercedes Vito” markalı mikroavtobus və “Mercedes" markalı minik avtomobilinin toqquşması nəticəsində 10 nəfər xəsarət alıb. Qəza zamanı “Mercedes Vito”-nun aşdığı bildirilir.
Xəsarət alan şəxslər Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Onlardan ikisinin azyaşlı olduğu bildirilir.
Qəzanın təfərrüatları müəyyənləşdirilir. Əlavə məlumat veriləcək.
//APA
Xəsarət alan şəxslər Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Onlardan ikisinin azyaşlı olduğu bildirilir.
Qəzanın təfərrüatları müəyyənləşdirilir. Əlavə məlumat veriləcək.
//APA