İki dəfə cins dəyişdi- Cinsiyyətsiz şəxsiyyət vəsiqəsi aldı - FOTO
    • 20-10-2018, 11:16
    • 1 872

İki dəfə cins dəyişdi- Cinsiyyətsiz şəxsiyyət vəsiqəsi aldı - FOTO

Hollandiyada ilk dəfə cinsiyyətsiz şəxsiyyət vəsiqəsi verilib. Maraqlıdır ki, həmin şəxs heç bir cinsə aid olmadığını 57 yaşında dərk edib.

News24.az xəbər verir ki, 2001- ci ildə  Leon Zaqers əməliyyat olaraq özünü qadına çevirsə də, artıq qadın cildində gəzməkdən də bezib və  şəxsiyyət vəsiqəsinin cinsiyyət  qeyd olunan hissəsində, kişi (M) əvəzinə (X) yazıdırılması üçün məhkəməyə ərizə verib.

Səbəb,onun özünü nə qadın, nə kişi hiss etməsidir.

Statistikaya əsasən, Hollandiya xalqının 10 %-i özünü nə kişi hiss edir, nə də qadın. Vəsiqədə cinsiyyətsiz (X) yazılıb yazılmayacağına isə yalnız məhkəmə qərar verir.

 Hazırda Hollandiyadan başqa Argentina, Avstraliya, Danimarka, Hindistan, Kanada,Nepal, Pakistan və Yeni Zellandiyada cinsiyyətsiz vəsiqə almaq mümkündür.

Şəlalə Ağayeva