Meşədə 11 ağacı kəsərək təbiətə 1675 manat ziyan vurdular
    • 25-01-2021, 12:17
    • 446

Meşədə 11 ağacı kəsərək təbiətə 1675 manat ziyan vurdular

Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Mərkəzin Zarağan meşəbəyliyinin 4 saylı dolayında ağacların kəsildiyi aşkar edilib.

Meşələrin İnkişafı Xidmətinin rəsmisi Mehman Səfərov News24.az-a bildirib ki, araşdırma zamanı ərazidə 11 ağacın kəsildiyi və təbiətə 1675 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı akt tərtib olunub:"Təqsirkarların müəyyən olunması və barələrində qanunamüvafiq tədbirlərin görülməsi üçün sənədlər Qəbələ rayon Polis Şöbəsinə göndərilib".