Lavrov və Zərif Qarabağdakı vəziyyəti müzakirə edəcəklər
    • 26-01-2021, 09:53
    • 490

Lavrov və Zərif Qarabağdakı vəziyyəti müzakirə edəcəklər

Bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov İranın XİN başçısı Məhəmməd Cavad Zərif ilə görüşəcək.

News24.az TASS-a istinadən xəbər verir ki, nazirlər görüş zamanı Dağlıq Qarabağdakı vəziyyətin həlli ilə bağlı müzakirələr aparacaqlar. Həmçinin İranın nüvə proqramına dair məsələlər, Suriyadakı böhran mövzuları da görüşün gündəliyinə daxil edilib.