Müəllimlərin vaksinasiyası məcburi olmayacaq - Təhsil Nazirliyi
    • 26-01-2021, 11:23
    • 407

Müəllimlərin vaksinasiyası məcburi olmayacaq - Təhsil Nazirliyi

"İlkin olaraq yaşı 50-dən yuxarı olan müəllimlərin vaksinasiya olunması tövsiyə edilir".

News24.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib. O qeyd edib ki, Bakı, Abşeron və Sumqayıtda 16 min 698, bölgələrdə isə 32 min 657 müəllimin yaşı 50-dən yuxarıdır. 

O qeyd edib ki, müəllimlərin vaksinasiyasında heç bir məcburetmə halı olmayacaq.