Azərbaycan polisi İnterpol ilə birgə əməliyyat keçirdi – Saxlanılan var
    • 20-10-2018, 12:15
    • 2 159

Azərbaycan polisi İnterpol ilə birgə əməliyyat keçirdi – Saxlanılan var

Axtarışda olan şəxs saxlanılaraq ölkəmizə ekstradisiya olunub.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Natiq Cavadov  məlumat verib.

Bildirilir ki, DİN-in Baş Cinayət Axtarışı İdarəsi, İnterpolun Milli Mərkəzi Bürosu və Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Çingiz Qasımov Rusiya Federasiyasının ərazisində saxlanılıb.

Ç.Qasımov Azərbaycana ekstradisiya olunub.