Axtarışda olan şəxsin evində NARKOTİK AŞKARLANDI
    • 10-02-2020, 12:07
    • 670

Axtarışda olan şəxsin evində NARKOTİK AŞKARLANDI

Abşeronda axtarışda olan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 234-cü (narkotiklərlə əlaqəli cinayətlərə görə) maddəsi ilə axtarışda olan Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş E.İsgəndərov saxlanılıb.

Ətrafında aparılmış tədbirlərlə onun evindən 3 kiloqram 148 qram marixuana və 2 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.