"Baxımsız kanal olmur, onu yaxşı və pis edən aparıcı, veriliş olur" - MƏTANƏT ƏLİVERDİYEVA
    • 29-01-2021, 14:01
    • 1 556

"Baxımsız kanal olmur, onu yaxşı və pis edən aparıcı, veriliş olur" - MƏTANƏT ƏLİVERDİYEVA

Məşhur aparıcı Mətanət Əliverdiyeva ATV-dən "Space" kanalına keçdiyi üçün irad bildirənlərə cavab verib.

News24.az xəbər verir ki, M. Əliverdiyeva "İnstagram"da video paylaşaraq bu sözləri deyib: "Baxımsız kanal olmur, onu yaxşı və pis edən aparıcı və veriliş olur. Mənim isə hansı kanalda olduğum fərq eləmir. Əsas odur ki, insana rahat olsun. Üzünüz həmişə gülsün. Çünki sizin aparıcınız hər zaman pozitivdir və bu pozitivliyi sizə ötürür. Fərq etməz istər radio, istər televiziya olsun. Hamınız yazırsınız ki, Mətanət ATV-dən "Space" kanalına keçib. Mənim üçün fərq etmir, biz bir ölkənin insanlarıyıq, eyni ölkə üçün çalışırıq. Fərq etməz ATV, ARB, Xəzər televiziyası olsun. Məni "Space" kanalında izləyə bilərsiniz".

Sevda Bayramova