Vilayət Eyvazov polis bölməsinin rəisini İŞDƏN ÇIXARDI
    • 29-01-2021, 14:18
    • 610

Vilayət Eyvazov polis bölməsinin rəisini İŞDƏN ÇIXARDI

Bakıda polis bölməsinin rəisi işdən çıxarılıb.

News24.az-ın məlumatına görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı İman Mehdiyev vəzifədən azad edilərək sərəncama göndərilib.

Həmin vəzifəyə hələlik təyinat yoxdur.