Vilayət Eyvazov rəisi və müavinini İŞDƏN QOVDU
    • 25-09-2019, 11:49
    • 1 115

Vilayət Eyvazov rəisi və müavinini İŞDƏN QOVDU

Bakıda polis bölməsinin rəisi, müavini və sahə müvəkkili vəzifədən azad edilib.

Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 14-cü Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Zaur Məmmədov, onun müavini polis mayoru İlkin Ələkbərov və sahə müvəkkili (adı açıqlanmayıb) işlərində yol verdikləri ciddi nöqsanlara görə, tutduqları vəzifədən azad olunaraq sərəncama götürülüblər. /report/