-
- 29-01-2021, 15:05
- 1 640
"Rəmiş sağalan kimi Ağdama gedəcək" - HƏYAT YOLDAŞI
"Rəmişin müalicəsi Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsində davam edir. Məni yanına buraxmırlar. Ona görə də palatada oturub, xəbər gözləyirəm".
Bu sözləri News24.az-a açıqlamasında Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) həyat yoldaşı Güllü Hüseynova deyib.
Onun sözlərinə görə, ötən gün Heydər Əliyev Fondundan zəng edib Rəmişin müalicəsini xəstəxana şəraitində davam etdirilməsinin vacibliyini bildiriblər: "Buradan çox hörmətli Prezidentimiz İlham Əliyevə, Birinci vitse-prezidentimiz Mehriban və Leyla xanıma, Anar Ələkbərova təşəkkürümü bildirirəm. Allah onları qorusun, başımızın üstündən əskik olmasınlar".
G. Hüseynova onu da bildirib ki, Rəmişin səhhəti tam qaydasına düşəndən sonra Ağdama səfər etmək niyyətindədilər: "Qarabağın hər bir torpağı bizimdir, ora getməyi çox istəyirik. Allahın izni ilə gedib, ziyarətlərimizi edəcəyik. İşğaldan azad olunan məscidlərimizdə namaz qılacağam".
Sevda Bayramova