-
- 29-01-2021, 15:18
- 648
BMT Allahşükür Paşazadəni beynəlxalq tədbirə dəvət edib
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin ünvanına Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının Yüksək Nümayəndəliyindən dəvət məktubu daxil olub.
QMİ-nin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, qurumun rəhbəri Miguel Angel Moratinosun imzaladığı məktubda QMİ sədri və KAICIID Beynəlxalq Dialoq Mərkəzinin İdarə Heyətinin üzvü A. Paşazadə Dünya Dinlərarası Harmoniya Həftəsi çərçivəsində fevralın 4-də keçiriləcək "Beynəlxalq İnsan Qardaşlığı Günü: Gələcəyə Bir Yol" adlı xüsusi tədbirə dəvət edilir.
Dəvət məktubunda bildirilir ki, BMT Sivilizasiyalar Alyansının bu tədbiri Misirin və Birləşmiş Ərəb Əmirliklərinin BMT-dəki Daimi Nümayəndəliklərinin təşkilatçılığı və İnsan Qardaşlığı Ali Komitəsinin sponsorluğu ilə təşkil edilir.
Tədbirdən məqsəd cəmiyyətlərimiz arasında qarşılıqlı hörmət və anlaşmanı artırmaq və harmoniyaya nail olmaq üçün müxtəlif etiqadlar və dinlər arasında zəruri, vacib dialoqun inkişaf etdirilməsidir. Mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına, qarşıdurmaların qarşısının alınmasına xidmət edən tədbir “Dünyada Sülh və Birgə Yaşayış üçün İnsan Qardaşlığı Sənədi”ndəki prinsip və dəyərləri təşviq edən, davamlı sülhə aparan yol kimi tətbiqinə dair ən yaxşı təcrübələri araşdırmaq imkanı verən interaktiv panel formatında keçiriləcək.
BMT Baş Katibi Antonio Qutterişin video müraciəti ilə açılacaq tədbirdə dini liderlərin, dini təşkilatların və qurumların nümayəndələrinin çıxışları nəzərdə tutulur. Şeyxülislam A. Paşazadə interaktiv paneldə çıxış edəcək.