-
- 1-02-2021, 11:58
- 435
Azərbaycanda COVID-19 əleyhinə peyvəndlə bağlı rəy sorğusunun nəticələri açıqlandı
Media Təhlil Mərkəzi keçirdiyi növbəti sorğunun nəticələrini açıqlayıb.
Mərkəzdən News24.az-a verilən məlumata görə, təşkilat COVID-19 əleyhinə peyvəndlə bağlı ictimaiyyətin rəyini öyrənmək üçün sorğu keçirib.
Sorğuda iştirak edən 780 respondentin (43,1 % qadın, 56,9 %-kişi) 39,5 %-i qısa müddət ərzində peyvənd olunmaq istədiyini, 16,5 %-i peyvənd olunmaq istəmədiyini, 44 %-i isə vaksinasiya olunanların reaksiyasını gözlədiyini bildirib.
Peyvənd olunmaq istəməyənlərin 44 %-i qadın, 35 %-i isə kişidir. Vaksinasiyadan keçmək istəyənlərin 53 %-i istehsalçı ölkəyə böyük əhəmiyyət verdiklərini, 15,3 %-i isə vaksinin hansı ölkədə istehsal olunmasına əhəmiyyət vermədiyini deyib. Sorğuda iştirak edənlərin 31,7 %-i dövlət tərəfindən alınan vaksinə etibar etdiyini qeyd edib.
Bundan başqa, rəy sorğusunda iştirak edən respondentlərin 53 %-i COVİD-19 virusuna yoluxma təhlükəsindən ehtiyat etdiyini, 22,3 %-i virusdan qorxmadığını, 19,4 %-i isə artıq virusa yoluxduğunu bildirib. 5,3 % respondent isə bu suala cavab verməkdə çətinlik çəkdiyini söyləyib.