-
- 2-02-2021, 11:04
- 701
Milli Məclis Aparatının rəhbərinin səlahiyyətləri məlum olub
Milli Məclis Aparatının rəhbərinin səlahiyyətləri məlum olub.
News24.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Milli Məclisinin Aparatı və İşlər İdarəsi haqqında” Əsasnamədə əksini tapıb.
Əsasnaməyə əsasən, Aparata ümumi rəhbərliyi Aparatın rəhbəri həyata keçirir.
Aparatın rəhbəri bilavasitə Milli Məclisin Sədrinə tabedir.
Aparatın rəhbəri bu Əsasnamə ilə Aparata həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün bütün zəruri işləri yerinə yetirir.
Aparatın rəhbəri:
- Aparatın fəaliyyətini təşkil edir və ona rəhbərlik edir.
- Aparat rəhbəri xidmətinin və Aparatın struktur bölmələrinin iş qaydasını müəyyənləşdirir və onların qarşılıqlı fəaliyyətini əlaqələndirir;
- Milli Məclisin aktlarının sistemləşdirilməsini təmin edir;
- “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanuna uyğun olaraq, qanun layihələrinin hazırlanmasına dair Milli Məclisin illik planının tərtib edilməsini və razılaşdırılmasını təşkil edir;
- “Dövlət sirri haqqında” Qanuna uyğun olaraq, Aparatda məxfiləşdirilməli məlumatların siyahısını təsdiq edir, dövlət sirrinin mühafizəsinin təmin olunmasına nəzarət edir;
- “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Aparatda informasiyanın əldə olunmasına məhdudiyyət qoymaq vasitəsi ilə onun xidməti istifadə üçün nəzərdə tutulmasını müəyyən edir;
- Aparatı dövlət və yerli özünüidarə orqanlarında, dövlət qurumlarında, habelə yerli, xarici və beynəlxalaq təşkilatlarda təmsil edir;
- Milli Məclisin iclaslarına başqa şəxsləri iştirak etmək üçün dəvət edir;
- Milli Məclisin fəaliyyəti ilə əlaqədar Milli Məclisin Sədrinin tapşırıqlarını yerinə yetirir;
- Aparatda yardımçı vəzifə tutan dövlət qulluqçularını, dövlət qulluqçusu olmayan işçiləri vəzifəyə təyin və vəzifədən azad edir, habelə “Dövlət qulluğu haqqında” Qanuna uyğun olaraq, yardımçı vəzifə tutan dövlət qulluqçularına müvafiq ixtisas dərəcələri verir;
- “Dövlət qulluğu haqqında” Qanuna uyğun olaraq, Aparatda dövlət qulluğu keçən dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi, onların mükafatlandırılması, vəzifədə irəli çəkilməsi, əlavə təhsil alması və onlar barəsində intizam tənbehi tədbirlərinin tətbiq edilməsi barədə Milli Məclisin Sədrinə təqdimat və təkliflər verir, Aparatın struktur bölmələrinin rəhbərlərinin fəaliyyətini qiymətləndirir, Aparatda dövlət qulluğu keçən dövlət qulluqçuları barəsində töhmət intizam tənbehini tətbiq edir;
- səlahiyyətləri daxilində xidməti sənədləri imzalayır;
- Aparatda işləyən dövlət qulluqçularını qəbul edir;
- Aparatın strukturu və işçilərinin ümumi sayı, struktur bölmələrinin fəaliyyət istiqamətləri barədə Milli Məclisin Sədrinə təkliflər verir;
-Aparatın fəaliyyətinin digər məsələlərinə aid işlərin təşkilini və icrasına nəzarəti həyata keçirir.
Qeyd edək ki, Milli Məclisinin Aparatının rəhbəri Səfa Mirzəyevdir.