Ötən il Azərbaycanda 82 partlayış hadisəsi olub - 33 NƏFƏR ÖLÜB
    • 2-02-2021, 12:07
    • 459

Ötən il Azərbaycanda 82 partlayış hadisəsi olub - 33 NƏFƏR ÖLÜB

Azərbaycanda ötən il baş verən partlayış və yanğınların statistikası açıqlanıb.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, 2020-ci il ərzində respublikada 2118 yanğın hadisəsi qeydə alınıb. Yanğın hadisələri zamanı 49 ölüb, 119 nəfər xəsarət alıb. Bu da 2019-cu il ilə müqayisədə yanğından həlak olanlar üzrə 4 nəfər və ya 26%, xəsarət alanlar üzrə 113 nəfər və ya 49% azdır.

Ötən il respublika ərazisində 82 partlayış hadisəsi baş verib ki, bu da 2019-cu illə müqayisədə 9 hadisə və ya 11% çoxdur.

Partlayışlar zamanı 33 nəfər ölüb, 157 nəfər xəsarət alıb.