Bahçelinin Şuşada inşa etdirəcəyi məktəb Təhsil Nazirliyinə təhvil veriləcək
    • 2-02-2021, 16:09
    • 595

Bahçelinin Şuşada inşa etdirəcəyi məktəb Təhsil Nazirliyinə təhvil veriləcək

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bahçeli tərəfindən Şuşada tikiləcək və dahi bəstəkar Üzeyir Hacıbəylinin adını daşıyacaq olan məktəb Azərbaycan Təhsil Nazirliyinə təhvil verəcək.

News24.az xəbər verir ki, bu barədə Azərbaycanda səfərdə olan MHP sədr müavini Mevlüt Karakaya məlumat verib. O bildirib ki, məktəb Şuşa memarlığına uyğun tikiləcək.