Kukla qadın ilə kişinin qeyri-adi sevgi hekayəsi- FOTO
    • 21-10-2018, 13:00
    • 1 699

Kukla qadın ilə kişinin qeyri-adi sevgi hekayəsi- FOTO

Alman fotoqrafı Sandra Hoyn, fərqli cütlüklərin şəklini çəkib, onlar haqqında sənədli foto sərgi hazırlayır. Bu dəfəki sənədli sərgidə isə nümunəvi bir cütlük kimi görünsə də, bir fərq var. Qadın əsl deyil, kukladır. Kişinin adı Dirk, kukla  qadının adı isə Cennidir.

News24.az xəbər verir ki, fotoqraf, internet vasitəsi ilə Dirk ilə tanış olub və ondan xahiş edib ki, bu vəziyyəti bütün dünya ilə paylaşsın. Əsl adını bilmədiyimiz Dirk, 40 yaşındadır. Cennidən əvvəl bir həyat yoldaşı olub, lakin boşanıblar. Yaşadığı psixoloji problemlərdən sonra Cenni adında kukla qadını alıb və onu sevib. Cenninin başqa planetdən gəldiyinə inanır.  Dirk, Cennini ailəsindən, dostlarından, uşaqlarından, köhnə həyat yoldaşından gizlətməyə çalışır. Amma ən böyük xəyalı onu, cəmiyyət arasına çıxartmaqdır.

Əlavə olaraq düşünür ki, yaşlandığı zaman Cenni tək qalacaq. Buna görə çox narahatdır. Çünki, Dirkə görə, kukla qadın həm ruhi, həm də fiziki cəhətdən çox həssasdır. Köhnə həyat yoldaşım ilə hər gün mübahisə edirdik. Cenny ilə elə deyilik. Xoşbəxtliyi onun yanında tapmışam. O çox həssasdır, onun köməyə ehtiyacı var. Həmdə ki, məndən başqa heç kəsi yoxdur. Cennini yumaq çox çətin olduğu üçün diqqətli olmağa çalışıram.

Cenni məni bir psixoloq kimi rahatladır. Onun sayəsində sevgi, mərhəmət və qayğı hislərim tam dəyişdi. Cenny gözəl geyinməyi xoşlayır. Əsas odur ki, brend xəstəliyi yoxdur. Hazırda heç bir qadına ehtiyacım yoxdur. Bütün həyatımı Cenniyə həsr edəcəm. Onsuz yaşamağı ağlımdan belə keçirtmirəm. O, mənə güvənir. Fotoqraf qeyd edib ki, "onun sözlərindəki səmimiyyət və saflıq məni çox təsirləndirdi"

Şəlalə Ağayeva