-
- 10-12-2019, 14:33
- 864
Nəzərlərin tuşlandığı “O qadın”
Dekabrın 10-da (19.00) Azərbaycan Dövlət Kukla Teatrında yaradıcı qadınların ideya və dəstəyi əsasında hazırlanan “O qadın” adlı dramatik tamaşanın premyerası olacaq.
News24.az xəbər verir ki, tamaşa son vaxtlar qadın qətllərinin artması, ailə-məişət münaqişəsi zəmnində daha çox onların zərər çəkməsi, ən əsası kütləvi şəkildə fiziki və mənəvi zorakılığa məruz qalmalarına etiraz olaraq səhnələşdirilib.
Cəmiyyətdə ciddi narahatlıq doğuran bu məsələyə etirazını səhnə vasitəsi ilə çatdırmağa çalışan tamaşanın ideya müəllifləri yazıçı-rejissor Səidə Haqverdiyeva, kinotənqidçilər Sevda Sultanova və Aygün Aslanlıdır.
Rejissor Günay Səttarın quruluş verdiyi tamaşada rolları Ülviyyə Əliyeva, Ləman Mərrih və Elgün Həmidov ifa edirlər.
Sənədli teatr üslubunda hazırlanan tamaşa adından da göründüyü kimi real faktlar, zərərçəkmiş qadınların həyat hekayələri əsasında səhnələşdirilib.
Birhissəıli sosial-psixoloji mövzulu tamaşanın əsas məqsədi qadınlar arasında maarifləndirmə işi aparmaq, onlara məruz qaldıqları hər hansı zorakılıq faktına qarşı hüquqi və psixoloji dayaq nöqtəsini formalaşdırmaq və istənilən halda pozulmuş hüquqlarını bərpa etməyə cəsarətləndirməkdir.
Tamaşada qadın hüquq müdafiəçisi Mehriban Zeynalovanın qadın sığınacağında məskunlaşan qadınların, eləcə də gender üzrə mütəxəssislərin və psixoloqların video-müsahibələri də nümayiş olunacaq.
Qeyd edək ki, bu layihə Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı nümayəndəliyinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin qadınlara və qızlara qarşı zorakılığa mübarizəyə həsr olunmuş fəallıq kampaniyasına dəstəyini də ifadə edir.