Milli Məclisin deputatı peyvənd olunub

Milli Məclisin deputatı peyvənd olunub Sosial
“Bu gün könüllü şəkildə qeydiyyatda olduğum poliklinikaya gedərək COVID-19-a qarşı peyvənd olundum. Hazırda özümü yaxşı hiss edirəm”.

Bunu News24.az-a açıqlamasında Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

O bildirib ki, ikinci doz peyvəndi martın 6-da vurduracaq: “Digər vətəndaşlarımıza da peyvənd olunmağı tövsiyə edirəm”.