Ombudsmandan azərbaycanlı yeniyetmələrin nişanlanması ilə bağlı gürcü həmkarına müraciət
    • 8-02-2021, 18:11
    • 496

Ombudsmandan azərbaycanlı yeniyetmələrin nişanlanması ilə bağlı gürcü həmkarına müraciət

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bir sıra internet səhifələrində Gürcüstanın Poniçala (Soğanlı) kəndində iki azyaşlının nişan mərasimi ilə bağlı yayılan məlumatlar əsasında Gürcüstanın Xalq Müdafiəçisi Nino Lomcariyaya rəsmi müraciət edib.

Ombudsman Aparatından News24.az-a verilən məlumata görə, həmin müraciətdə Ombudsman məsələnin ciddiliyini və həssaslığını nəzərə alaraq, Gürcüstanın səlahiyyətli dövlət orqanları tərəfindən faktın dərhal araşdırılması, həmin azyaşlıların hüquqlarının müdafiəsinin təmin edilməsi istiqamətində müvafiq tədbirlərin görülməsini xahiş edib.