Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödənildi
    • 11-02-2021, 10:50
    • 824

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödənildi

Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə fevral ayının pensiyaları ödənilib.

Bu barədə News24.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Bildirilib ki, vətəndaşlar pensiyalarını onlara verilmiş bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Yaxın günlərdə respublikamızın digər şəhər və rayonları üzrə, həmçinin dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslərə pensiyaların ödənişi aparılacaq.

Xatırladaq ki, yanvar ayının pensiyalarına indeksasiya nəticəsində edilmiş artımlar fevral ayının pensiyalarına əlavə edilib.