"İndiki müğənnilər virusdur" - ELZA SEYİDCAHAN
    • 12-02-2021, 11:02
    • 845

"İndiki müğənnilər virusdur" - ELZA SEYİDCAHAN

"Damla gedib nəzir verib, sevinsin ki, onu reklam edirəm. Bayağı mahnı yoxdur. Ara musiqisidir ki, bu da hər zaman olub. Ələkbər Tağıyevin mahnılarını da ara musiqisi adlandırırdılar. Bir də var virus mahnılar. İndikilər virusdur".

News24.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Günə bir şou" verilişində deyib. 

Qeyd edək ki, Əməkdar artistlə müğənni Damla arasında uzun müddətdir qalmaqal yaşanır.

Sevda Bayramova