“Elza, sən biz  bacılara qarşı çaşma” - Zeynəb Dostəliyeva - VİDEO
    • 7-12-2018, 14:45
    • 3 857

“Elza, sən biz bacılara qarşı çaşma” - Zeynəb Dostəliyeva - VİDEO

Xəbər verdiyimiz kimi, xalq artisti Nazpəri Dostəliyeva və əməkdar artist Elza Seyidcahan arasında qalmaqal yaşanır.

News24.az xəbər verir ki, sözügedən mübahisədə E.Seyidcahan N.Dostəliyeva haqda mənfi fikirlər söyləsə də onun bacısı Zeynəb Dostəliyevanı tərifləyib.

Lakin bu gün ARB-də yayımlanan “Səhər səhər” verilişində qonaq olan Z.Dostəliyeva əməkdar artistin ünvanına sərt sözlər deyib:

“Onun intellektinə sözüm yoxdur. Sadəcə onu demək istəyirəm ki, Elza, sən biz  bacıya qarşı çaşma. Sən onu bil ki, Nazpəri xanım öz mədəniyyətini qoruyub verilişdən getdi.

Düzdür, həmin işdən sonra adamlar yollayırsan ki, qorxuram, onunla danışmaq istəyirəm. Amma razılıq olmadı. O söhbət bağlandı. Biz o mövzuya daha qayıtmaq istəmirik. Elza, xahiş edirəm sən İlhamə xanımın yolunu gedə bilməzsən. O, bilirdi kimə deyirdi. Uyğunlaşdırırdı.

Bahalı ətirlər aldığını deyirsən. Nə etməlidir? Pulu gətirib sənə verməlidir?”