Azərbaycan Prezidenti İlham Əliyev İmişli rayonuna səfərə gəlib
    • 22-10-2018, 12:27
    • 1 755

Azərbaycan Prezidenti İlham Əliyev İmişli rayonuna səfərə gəlib

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev oktyabrın 22-də İmişli rayonuna səfərə gedib.
Dövlət başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin İmişli şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev prezident İlham Əliyevə rayonda görülən abadlıq-quruculuq işləri barədə məlumat verib.