Teymur Rəcəbov 3-cü yer uğrunda mübarizəyə başlayır
    • 13-02-2021, 10:08
    • 902

Teymur Rəcəbov 3-cü yer uğrunda mübarizəyə başlayır

Azərbaycan şahmatçısı Teymur Rəcəbov bu gün Çempionlar Turunun "Opera Euro Rapid" adlanan mərhələsində 3-cü yer uğrunda mübarizəyə başlayacaq.

News24.az xəbər verir ki, 34 yaşlı qrossmeyster fransalı Maksim Vaşye-Laqravla üz-üzə gələcək.

Rəcəbov yarımfinalda ABŞ təmsilçisi Uesli Soya, Vaşye-Laqrav isə norveçli Maqnus Karlsenə uduzub.

Qeyd edək ki, turnirin ümumi mükafat fondu 100 000 ABŞ dollarıdır. Qalib 30 000 dollar qazanacaq.