-
- 22-10-2018, 13:13
- 837
“Məni risklərim böyüdüb”
Rza Kocaoğlu: İşin ən böyük tərəfi istedad və təhsil yox, çalışmaqdır
Türkiyənin "EleleOnline” jurnalı Azərbaycanda da kifayət qədər sevilən və izlənilən "Çukur” serialının Aliçosundan müsahibə alıb. Yazının girişində aktyoru təsvir edən Gülru İncu yazır ki, aktyor Rza Kocaoğlu eynən "Çukur” serialının Aliçosu kimi günün çoxunu köhnə məhəllələrdə, özünün də dediyi kimi, həyatın tam ortasında keçirir. Risk almağı sevir. Hətta bu risklərin onu böyütdüyünü söyləyəcək qədər də mərddir. O, son dövrlərdə göbələk kimi artan məhəllə qəhrəmanlarından deyil, canlı bir anti-qəhrəmandır. Bəzi aktyorlar var ki, ekranda, ya da səhnədə hansı rolu canlandırırsa-canlandırsın, bütün halı ilə o qədər təbiidir ki, izlədiyimiz zaman onun bir film olduğunu unuduruq. Bir an hansının daha real olduğunu düşünürük. Ekranda izləyib, sanki yaxından tanıdığınız biriymiş kimi, ani şəkildə dünyamıza girən o xarakter qəzetlərdə, saytlarda, küçədə gördüyümüz həqiqi xarakterlərdən daha canlı görünür gözümüzə. Jurnalist "Çukur” serialının ikinci mövsümü ilə ekrana gələn istedadlı aktyor barədə yazır ki, o, ilk baxışda dəcəl bir uşaq təsiri bağışlayır. Mavi gözləri bir az sonra sizi təəccübləndirəcək kimi sakit-sakit baxır və sakit şəkildə kameraya poz verir. Kamera qarşısında o qədər rahatdır ki, peşəkarlığına heyran qalırıq. Dediyinə görə, özünü rəndələdiyi, bir qəlibə salmağa çalışdığı bir dövrü yaşayır.
- Rza bəy, serial aktyorluğu ilə teatr aktyorluğu arasındakı dramatik fərqi nədir? Hansında özünüzü daha sərbəst hiss edirsiniz?
- Teatr mənim üçün özümü yaxşı hiss etdiyim, məsuliyyət dərk etdiyim bir nəfəsdir. Mənə görə səhnədə, ekranda oynama şəkilləri ilə bağlı məkanları bir-birindən ayırmaq düzgün deyil. Ekran, film, teatr - mənim üçün bunların heç bir fərqi yoxdur. Əsas məqsəd hekayədə üzərinə düşən obrazı tamaşaçıya doğru şəkildə təqdim etməkdir.
- "Çukur” serialındakı obrazınız xarakterinizə necə təsir edir? Bu rolu inandırıcı göstərmək üçün istifadə etdiyiniz bir metod varmı?- Bu obrazı yaratmaq üçün uzun məşqlər etdik. Xarakterin özünə xas özəlliklərini doğru araşdırıb, üzərinə əlavələr edib, həmin xarakterin bədən və səs dinamikasını yaratmağa çalışdım.
- Bu rolu qəbul etməyinizdə sizə ən çox nə təsir edib?- Fərqli olmağı və bu günə qədər daha çox müzakirə və tənqidlərə tuş gəlməməyidir. Bu serialda Aliçonun üzərinə böyük bir məsuliyyət düşürdü və bu obrazın doğru şəkildə təqdim olunması vacib idi. Bu obrazımın tamaşaçılar tərəfindən sevildiyini və fərqlilik yaratdığını görəndə çox xoşbəxt oluram.
- "Çukur” serialında canlandırdığınız xarakterin ən çox hansı özəlliyini sevirsiniz?
- Məsumiyyətini. Həyatı ən saf halı ilə qəbul edib, saf sevgi ilə yaşamağını. - Bu günə qədər canlandırdığınız xarakterlər arasında hansı digərlərindən bir addım önə çıxır və duyğusal olaraq sizin üçün daha özəldir?- Canlandırdığım obrazlar həyatıma fərqli şəkildə təsir edib. Misal üçün, "Ezel” serialında Temmuz özümü göstərməyə ilk fürsət oldu. Aliço isə tamam fərqli bir obrazdır. "Dünyanın ən gözəl qoxusu2” filmindəki Hakan obrazı isə öz həyatıma daha çox bənzəyir və bunun üçün ən özəl obrazımdır. Hər aktyorun oynadığı xarakter onun həyatına təsirsiz ötüşmür. Məndə də elədir.
- Ən çox hansı aktyorlarla eyni səhnəni paylaşmaqdan həzz alırsınız?
- İşinə hörmət edən, məsuliyyətini dərk edən hər kəslə işləməkdən həzz alıram. - Canlandırdığınız obrazların təsiri altında qaldığınız, istər-istəməz gerçək həyata daşıdığınız anlar olubmu?- Xeyr. Bu, sağlam bir düşüncə deyil.
- Bu sənətə yeni başlayan gənc aktyorlara verə biləcəyiniz tövsiyəni eşitmək istərdik.
- Çox çalışsınlar və hədəflərindən əl çəkməsinlər. Hər zaman özünə teatrda, serialda oynayacaq bir şərait yaratsınlar. - Tutaq ki, pis günlər keçirirsiniz və çəkilişlərə getmək məcburiyyətində olsanız. özünüzü necə motivasiya edərdiniz?- İşsiz və pis günlərimi yadıma salaram, onda durub qaça-qaça işə gedərəm.
- Sizcə, bir aktyor üçün təhsil, yoxsa istedad daha önəmlidir? - Çalışmaq mənə görə işin ən böyük tərəfidir. Çalışaraq var olan bacarığınızı inkişaf etdirə bilərsiniz. - Hazırda həyatınızın hansı bir dönəmini yaşayırsınız?
- Hazırda həyatımın ən sakit dönəmini yaşayıram. Həyatdan dərslərimi alıram və artıq yetkinləşmişəm. Özümü daha çox nəyisə istehsal etməyə və yeni obrazlar yaratmağa hazırlayıram. - Ən çox nələrdən ilham alırsınız? - Küçədə, həyatın içində, insanlarla birlikdə olmaqdan ilham alıram.
- İdealınız olan bir aktyordan müsahibə alsanız, ona nə sual verərdiniz?
- Ona "işləriniz necə gedir”- deyə bir sual verərdim.
- 90 yaşda olduğunuzu xəyal edin, o yaşda gənclərə həyatla bağlı nələr demək istəyərdiniz?
- Sakit olun, həyatda heç bir şey üçün gec deyil. - Bu aralar sizi ən çox nə xoşbəxt edir?
- Qardaşım qızı Mərcan dünyaya gəlib. Uşaq insanı hər sabah başqa bir ümid və xoşbəxtliklə oyandıran bir varlıqdır.
- Bu gün dünyanın son günü olsaydı, nəyi etmədiyiniz üçün peşmanlıq hissi keçirərdiniz?
- Çalışıram ki, peşman olacağım işləri görməyim. Amma təbii ki, həyat çox gözəl və sonsuzdur.
- Keçmişə baxanda bu gün tanınmış aktyor olmağınızda ən böyük səbəbkar nə olub?
- 14 yaşımda olarkən ailəm məni teatra apardı və mən ilk dəfə teatrı o vaxt gördüm. - Bu günə qədər etdiyiniz ən böyük risk nə olub?
- Yaşımın hər bir dövründə müxtəlif riskli qərarlar qəbul etmişəm və onlara da əməl etmişəm. Aldığım hər bir risk məni böyüdüb.
//kaspi.az