Bakıda əsəb xəstəsi qadın, 83 yaşlı kişi və 20 yaşlı qız itkin düşüb
    • 13-02-2021, 16:29
    • 569

Bakıda əsəb xəstəsi qadın, 83 yaşlı kişi və 20 yaşlı qız itkin düşüb

Bakıda üç nəfər itkin düşüb.

News24.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Xəzər rayonu, Binə qəsəbəsi sakini, 2001-ci il təvəllüdlü Ləman Rafiq qızı Nağıyeva yaşadığı evdən çıxıb və geri qayıtmayıb.

Sabunçu rayonunda isə ruhi əsəb xəstəsi Minəxanım Dilavər qızı Müzəffərova yaşadığı Nardaran qəsəbəsindəki evini tərk edib.

Yasamal rayonunda 1938-ci il təvəllüdlü Əlibayram Əli oğlu Muradov da yaşadığı evdən çıxıb və geri dönməyib.
Hər üç şəxsin axtarışı ilə bağlı müvafiq Rayon Polis Şöbələrində tədbirlər həyata keçirilir.