Çörəyin qiymətinin BAHALAŞMASININ SƏBƏBLƏRİ - Ekspert AÇIQLADI
    • 13-02-2021, 17:22
    • 1 146

Çörəyin qiymətinin BAHALAŞMASININ SƏBƏBLƏRİ - Ekspert AÇIQLADI

Müşahidələrimizdən aydın olub ki, bir neçə gün əvvəl 49 qəpiyə satılan zavod çörəyi artıq 53 qəpiyə satılır.

News24.az məsələnin təfərrüatlarını öyrənmək üçün İqtisadçı ekspert Natiq Cəfərli ilə həmsöhbət olub.


O açıqlamasında bildirib ki, çörək dövlət tərəfindən tənzimlənən qiymət kateqoriyasına aid deyil:

"Dizel yanacağın qiymətinin artmasından sonra daşıma xərcləri də çoxaldı. Bundan əlavə, Rusiyadan gətirilən taxılın idxal rüsumunun tonu 25-dən 50 avroya qaldırıldı. Rusiya Azərbaycanda un məmulatlarının istehsalında taxılın əsas təchizatçılardan biridir. Bizim yerli taxıl o keyfiyyətə cavab vermir deyə istehsal prosesində heç olmasa altmış faiz Rusiya və ya Qazaxıstan taxılı qatılır. Yəni bu, gözlənilən idi və hər hansı bir rəsmi açıqlamanın olacağını da düşünmürəm. Düzdür, həssas və sosial məsələdir, ancaq dövlətin buna müdaxilə etmək hüququ yoxdur. Qiymətləri özəl şirkətlər zəruri məcburiyyətdən qaldırırır. Əgər dövlət çörəyin qiymətinin qalxmasını istəmirsə, çörək bişirənləri vergidən azad edə bilər. Dövlət yalnız bu halda müdaxilə edə bilər". 

Məhərrəm Əliyev