Direktor vəzifəsinə elektron sənəd qəbulu BAŞA ÇATDI
    • 15-02-2021, 10:37
    • 453

Direktor vəzifəsinə elektron sənəd qəbulu BAŞA ÇATDI

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində direktor vəzifəsinə işə qəbul üzrə elektron sənəd qəbulu başa çatıb.

Nazirlikdən News24.az-a verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün 4992 namizəd elektron qeydiyyatdan keçib. Onlardan 3743 nəfəri elektron ərizəsini təsdiq edib. Bu say direktorların işə qəbulu üzrə ötənilki müsabiqələrlə müqayisədə rekord göstəricidir.

Qeyd edək ki, müsabiqə dörd mərhələdən (elektron sənəd qəbulu, test imtahanı, müsahibə və vakansiyalara yerləşdirilmə) ibarətdir. Hazırda elektron ərizələrin yoxlanılması prosesi həyata keçirilir. Proses başa çatdıqdan sonra test imtahanı mərhələsinin keçiriləcəyi tarix barədə məlumat veriləcək.