Ali məktəblərdə yeni ixtisaslar yaradılır - RƏSMİ
    • 15-02-2021, 12:08
    • 391

Ali məktəblərdə yeni ixtisaslar yaradılır - RƏSMİ

Təhsil naziri Emin Əmrullayev növbəti ildən “Sabah qrupları”nın magistratura səviyyəsində 7 yeni ixtisaslar olacağını açıqlayıb. 

News24.az
 xəbər verir ki, bunu təhsil naziri  “Real Tv”-yə müsahibəsində deyib: “Bura kibertəhlükəsizlik, İT, kompüter elmləri, şəhərsalma və planlaşdırma ixtisasları daxildir. Bundan başqa, peşə təhsilinin nüfuzunun qaldırılması və insanlar üçün faydalı olması istiqamətində işlər davam etdiriləcək. Qısa müddətli kursların hazırlanması və yüksək peşə ixtisası olan modellər də hazırlanır. Təxminən 600 şagirdə sentyabr ayında yeni peşə ixtisasları təqdim ediləcək”.

E.Əmrullayev xatırladıb ki, 100 mindən artıq müəllimin elektron dərsi var və onları görmək mümkündür:

“Bütün olanları təhlil etsək ixtisasartırma təlimləri, müəllim hazırlığının yeni meyarları, şagirdlərin davranışını görmək imkanları var. Vətən müharibəsində qazanılan qələbə tədris sistemində yeni üfüqlər açır. Qələbədən sonra yeni nəslin hazırlanmasında bütün münbit şərait yaranıb”.