Bakıda konsert verəcək Ebru Gündeş azərbaycanlı jurnalistlərdən imtina etdi
    • 22-10-2018, 14:27
    • 2 314

Bakıda konsert verəcək Ebru Gündeş azərbaycanlı jurnalistlərdən imtina etdi

Xəbər verdiyimiz kimi, türkiyəli məşhur müğənni Ebru Gündeş Bakıda konsert proqramı ilə çıxış edəcək.

News24.az xəbər verir ki, 3 noyabr tarixində Heydər Əliyev adına Sarayda səhnəyə çıxmağa hazırlaşan ifaçının kaprizi özündən qabaq Bakıya gəlib çıxıb.

Belə ki, E.Gündeş mətbuat konfransından və azərbaycanlı jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib.

Öz ölkəsində də media nümayəndələri ilə arası soyuq olan ifaçının bu addımı atmasına səbəb həyat yoldaşı Rza Zərrabla bağlıdır.

Teymur Məmmədov